Jurnalisti döyən polislər işdən azad olunublarbackend

Jurnalisti döyən polislər işdən azad olunublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı xüsusilə Fatimə Mövlamlıya qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşları tutduğu vəzifədən kənarlaşdırılıb. ”

NOCOMMENT xəbər verir ki, bu barədə Amerikanın Səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, nəinki jurnalist, heç bir vətəndaşa belə hər hansı bir hüquqa zidd əməl törədilməsi qəbul edilməzdir: “Bununla bağlı orada yaranan xoşagələməz halla bağlı inzibati tənbeh tədbiri görülüb ki, nəticə də bəllidir.

Bir neçə gün öncə jurnalist Fatimə Mövlamlı polisin ona zorakılıq tətbiq etdiyini bilidirmişdi.