Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılırbackend

Jurnalistlər binasında bütün kommunal xidmətlər dayandırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən jurnalistlər binasına 1 iyun 2024-cü il tarixdən “Jurnalist EVİ” MMC tərəfindən göstərilən bütün xidmətlər dayandırılır.

Buna səbəb kimi, yığımın olmaması və kütləvi borcun yaranması əsas göstərilib.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan binanın komendantı Orxan Mehdiyev bildirib ki, binada yaşayan bir sıra sakinlər müntəzəm olaraq göstərilən xidmətlərlə tələb olunan borcları ödəmir:

“Dayandırılacaq xidmətlər lift, xadimə və mühafizədir. Pul yığmağı da dayandıracağıq. Xidmətin dayandırılması yığılan borclarla bağlıdır. Dəfələrlə bina sakinlərinə müraciət etsək də, heç bir ödəniş edilmir. Ödəyənlər isə standart, eyni insanlardır”.