Jurnalistlər Cəbrayıl rayonundadırlarbackend

Jurnalistlər Cəbrayıl rayonundadırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur təşkil olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, səfər zamanı jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər və erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarı haqqında danışıb.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: “İşğal zaman zaman ermənilər Şərq çinarlarını məhv ediblər. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv ediblər”.