Jurnalistlərə vaksinin ikinci dozasının vurulmasına başlanılırbackend

Jurnalistlərə vaksinin ikinci dozasının vurulmasına başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COViD-19” əleyhinə vaksinasiyanın birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.

Mətbuat Şurasından NOCOMMENT-ə verilən məlumata görə, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza mayın 6-da, aprelin 12-də və 13-də birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında keçiriləcək.