Jurnalistlərin Füzuli və Xocavəndə səfəri başlayıbbackend

Jurnalistlərin Füzuli və Xocavəndə səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına növbəti səfəri başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştirakçıları əvvəlcə Füzuli rayonunun İşıqlı kəndinə yollanıb, ərazidə məhv edilmiş təbiət abidəsinə (Şərq çinar ağacı) baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra Füzulinin Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağına baxış olacaq: “Səfər çərçivəsində Füzulinin Qaraməmmədli kəndində 1 hektar sahədə ağac əkiləcək və Köndələnçay-1 su anbarına balıq buraxılması baş tutacaq.

Bundan başqa, Xocavənd rayonunun Azıx kəndi ərazisində yerləşən Azıx mağarası təbiət abidəsinə və Hadrut qəsəbəsindəki 900 yaşlı Şərq çinarı təbiət abidəsinə baxış keçiriləcək”.