Jurnalistlərin korona STATİSTİKASI: Yoluxanlar və ölənlərbackend

Jurnalistlərin korona STATİSTİKASI: Yoluxanlar və ölənlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda jurnalistlər arasında koronavirusa yoluxma halları ilə bağlı monitorinq aparıb.

JuHİ-dən NOCOMMENT-ə verilən məlumata görə, monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər həmkarımız isə həyatını itirib.

JuHİ sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir.

O bildirib ki, dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər:

Qeyd olunub ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən 2021-ci ilin aprel ayından etibarən kütləvi informasiya vasitələrində çalışanların vaksinasiyası həyata keçirilir. Proqram çərçivəsində indiyədək təqribən 70 redaksiyadan 1100 (bir min yüz) nəfərədək KİV işçisi vaksinasiya olunub.

M.Ələsgərli deyib ki, indiyədək 1-ci doza vaksin almış və sonradan yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb.