Kabab insan sağlamlığı üçün zərərlidir?backend

Kabab insan sağlamlığı üçün zərərlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lyubertsı Regional Xəstəxanasının qastroenteroloqu Kalimat Baqatova kababın həddindən artıq istehlakının sağlamlığa mənfi təsirlərindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bağatovanın sözlərinə görə, odda bişmiş ətin normada yeyilməsinin heç bir zərəri yoxdur. Həddindən artıq yemək qarnın yuxarı hissəsində ürəkbulanma və ağrıya səbəb ola bilər. Bu əlamətlər kababın çoxlu ədviyyatlar, otlar və əlavələr əsasında hazırlanması səbəbindən yaranır ki, bu da mədənin qıcıqlanmasına və orada xoşagəlməz hisslərə səbəb olur: ürək yanması, gəyirmə, ürəkbulanma, ağrı.