Kabil hava limanında ilk beynəlxalq uçuşbackend

Kabil hava limanında ilk beynəlxalq uçuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban nəzarətində olan Əfqanıstanda ilk beynəlxalq uçuş həyata keçirilib.

NOCOMMENT.az xəbər verir ki, mənbənin “Reuters” -ə verdiyi məlumata görə, ABŞ, Kanada, Ukrayna, Almaniya və İngiltərə vətəndaşları da daxil olmaqla təxminən 113 sərnişini olan təyyarə Qətərin paytaxtı Dohaya enib.

ABŞ rəsmisi bildirib ki, Taliban rəsmiləri ABŞ-ın Kabil hava limanından təxliyə əməliyyatının bitməsindən sonra Əfqanıstanda qalan 200 Amerika və üçüncü ölkə vətəndaşlarına qalmağa razılıq veriblər.

Qətərin xüsusi elçisi Mutləq bin Məcid əl-Qəhtani uçuşu təxliyə deyil, normal bir uçuş olaraq xarakterizə edib. O həmçinin cümə günü də uçuş olacağını qeyd edib.

“İstədiyinizi deyə bilərsiniz, çarter və ya kommersiya uçuşu, hər kəsin bileti və minmə kartları var. Ümid edirəm ki, Əfqanıstanda həyat normallaşacaq”,-deyə Əl Qəhtani “Əl Cəzirə” kanalına bildirib.

Qeyd edək ki, Reuters, ikinci bir ölkədən pasportu olmayan Əfqanıstan vətəndaşlarının təyyarədə olub -olmadığını təsdiq edə bilməyib.

Tərcümə etdi: Jalə Bədirova