Əfqanıstanın xarici işlər naziri Əmir Xan Möttəki Rusiya prezidentinin xüsusi nümayəndəsi Zamir Kabulovla görüşü zamanı bildirib ki, Kabil tezliklə Əfqanıstanın Moskvadakı səfiri olacaq diplomatı Rusiya Federasiyasına təqdim edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Əfqanıstan hökuməti tezliklə Moskvaya səfir səviyyəsində diplomat göndərəcək”, – bəyanatda deyilir.
Qeyd olunur ki, Moskva Kabilin səfir səviyyəsində diplomat göndərməsinin mümkünlüyünü tanıyıb.