Kabildə partlayış baş verib, şəhər elektriksiz qalıbbackend

Kabildə partlayış baş verib, şəhər elektriksiz qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə yarımstansiyada baş verən partlayış nəticəsində şəhər daxil olmaqla ətraf əyalətlər elektriksiz qalıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Əfqanıstan Enerji Korporasiyası məlumat yayıb.

Şirkətdən verilən açıqlamada deyilir ki, Kala Muradbek yarımstansiyasında baş verən partlayış elektrik xəttinə ziyan vurub.

Korporasiyanın texniki heyəti hazırda qəza yerindədir və vəziyyət imkan verən kimi xəttin bərpası işlərinə başlayacaqlar.