Kabildə partlayış səslərinin səbəbi açıqlandıbackend

Kabildə partlayış səslərinin səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə partlayış səsləri eşidilib.

NOCOMMENT.az-ın məlumatına görə, əfqan polisi hava limanının şimal-qərbində bir evə raket düşdüyünü və bir uşağın öldüyünü açıqlayıb. Partlayış nəticəsində üç nəfər yaralanıb.

“Reuters”ə danışan iki ABŞ rəsmisi Kabildə hava hücumunun təşkil olunduğunu bildirib. Qeyd olunub ki, hücumda İŞİD yaraqlıları hədəf alınıb. Pentaqon məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.

“Taliban” sözçüsü isə ABŞ təyyarələrinin Kabil Hava Limanına hücuma cəhd edən şəxsi hədəf aldığını açıqlayıb.“Qafqazinfo”