Kabreranın “asan pul” açıqlaması istefaya səbəb oldubackend

Kabreranın “asan pul” açıqlaması istefaya səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuba əmək naziri Marta Elena Feyto Kabrera, adada dilənçilərin mövcudluğunu inkar edən açıqlamasından sonra istefa verməyə məcbur olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nazir çıxışı zamanı bildirib ki, Kubada “dilənçi” anlayışı yoxdur. Onun sözlərinə görə, zibil qutularında eşələnən insanlar bunu şəxsi təşəbbüslə edirlər ki, “asan yolla pul qazansınlar”.

Kabreranın bu sözləri kubalılar arasında narazılıq dalğasına səbəb olub və ölkə prezidenti Miqel Dias-Kanel tərəfindən də tənqid edilib.

Yayımlanan məqalədə qeyd olunur ki, nazirin açıqlamaları Kuba hakimiyyətini hissiyyatsız, avtoritar və əhalinin ağır iqtisadi problemlərindən uzaq düşmüş kimi göstərib.

“Məqaləyə görə, Kubada yoxsulluq səviyyəsi və ərzaq qıtlığı daha da dərinləşib, çünki ölkə ağır iqtisadi böhranla mübarizəni davam etdirir.”