Kabus davam edir: Strep A! İngiltərədə 9 uşaq öldübackend

Kabus davam edir: Strep A! İngiltərədə 9 uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə “Strep A” bakteriyasının törətdiyi infeksiyadan ölən uşaqların sayı 9-a yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda 5 yaşlı qız “Strep A” bakterial infeksiyasından ölən 9-cu uşaq oldu.

Məlumata görə “Strep A”-dan təsirlənən məktəblərdə uşaqlara infeksiyanın yayılmasını dayandırmaq üçün antibiotiklər verilə bilər.

İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) mövzu ilə bağlı verdiyi açıqlamada ailələri infeksiyaya qarşı diqqətli olmaları mövzusunda xəbərdar edib və xəstəliyin əvvəlki illərə nisbətən daha çox olduğuna diqqət çəkib.

“Strep A” bakteriyası insanların boğazına və dərisinə məskunlaşaraq tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bildirilir.

Bədənin bəzi yerlərində qızartı və dəri infeksiyasına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.

Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.

Jalə Bədirova

NOCOMMENT.az