“Kabus” ssenarisi! Zelenski AÇIQLADI: Bütün ümidlər puç oldu…backend

“Kabus” ssenarisi! Zelenski AÇIQLADI: Bütün ümidlər puç oldu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxmutda rus qüvvələrinin irəlilədiyi bir vaxtda dünyaın gündəminə bomba kimi düşən bir xəbər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, Litva hərbi kəşfiyyat xidməti “kabus ssenarisi” olaraq xarakterizə edilən hesabatını dərc edib.

İngilis “Daily Mail” qəzetində yer alan xəbərə görə, Rusiyanın Ukrayna müharibəsini daha iki il davam etdirəcək sursatları var.

Mövzu ilə bağlı açıqlama verən hərbi kəşfiyyat rəhbəri Elegijus Paulavicius açıqlama verib; “Soyuq müharibənin uzun illərində Rusiya silah və texnika yığırdı. Biz onun resurslarının indiki kimi şiddətli müharibə üçün daha iki il davam edəcətini təxmin edirk”.

O “Çin, İran, Şimali Koreya kimi ölkələr Moskvaya dəstək versə, bu müddət daha da uzana bilər.” deyə bildirib.

Zelenski isə getdikcə azalan danışıqlar ümidini tamamilə məhv edən açıqlama verib.

“Rusiya Federasiyasının prezidenti sözünün üstündə durmadığı üçün onunla danışacaq vəziyyətdə deyilik” deyərək, Putinlə görüş ehtimalının qapısını tamamilə bağlayıb.

NOCOMMENT.AZ