Kadırov Çeçenistanda yeni şəhərin yaradıldığını elan edibbackend

Kadırov Çeçenistanda yeni şəhərin yaradıldığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın rəhbəri Ramzan Kadırov regionda Verxne-Noyberskoye, Nijne-Noyberskoye və Oysxarskoye kənd yaşayış məntəqələrinin daxil olduğu yeni Oysxar şəhərinin yaradıldığını elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o , Telegram kanalında yazıb .

“İndi bu qəsəbə şəhər statusu alıb və bu, əlbəttə ki, onun gələcək inkişafına müsbət təsir göstərməli və yerli sakinlərin rifahının yüksəlməsinə töhfə verməlidir”, – Kadırov yazıb.

Onun sözlərinə görə, gələcəkdə regional hakimiyyət orqanları yeni şəhərin inkişafı, investisiyaların cəlb edilməsi və biznes üçün ən əlverişli şəraitin yaradılması istiqamətində fəal iş aparacaq.

Kadırov qeyd edib ki, belə bir qərar əhalinin və bütün respublikanın xeyrinə olacaq. “Yeni 2024-cü ildə yeni şəhərin yaranması münasibətilə Oysxar sakinlərini səmimi qəlbdən təbrik edirəm”, o əlavə edib.

Bundan əvvəl Kadırov vilayət parlamentinə Sernovodskoye və Naur kəndlərinə şəhər statusunun verilməsi məsələsinə də baxmağı tapşırıb.