Kadırov FTB-dən 250 min dollar tələb etdibackend

Kadırov FTB-dən 250 min dollar tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın Federal Təhqiqatlar Bürosundan 250 min dollar nağd pul tələb edib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Kadırov bu barədə öz teleqram kanalında yazıb.

Kadırov ABŞ xüsusi xidmət orqanının haqqında informasiya əvəzində 250 min dollar pul mükafatı təklif etdiyi rusiyalı iş adamı Yevgeni Priqojinin onu Qroznıda ziyarət etdiyini bildirib.

“Bu cür səxavətli mükafatı almaq ağılsızlıq olardı. Vətəndaş borcunu yerinə yetirmək hissi ilə vicdan əzabı çəkmədən layiq görülən mükafatı almağa hazıram”, – deyə Kadırov istehzalı şəkildə bildirib.

Bununla yanaşı Kadırov Federal Təhqiqatlar Bürosuna şərt qoyub: O, mükafatı yalnız 20 dollarlıq əskinaslarla çamadanda almağa razıdır.

“Qroznıya kiminsə vasitəsilə göndərin, burada hər kəs məni tanıyır, sizə yol göstərəcəklər”, – deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri dəlil olaraq Priqojinlə fotoşəkilini əlavə edərək “kovboylar ölkəsinə gedəcəyindən xəbəri belə yoxdur”, – deyə qeyd edib.

Qeyd edək ki, fevral ayının sonunda FTB Priqojin haqqında məlumat üçün 250 min dollar mükafat təklif etdiyini açıqlamışdı. Rusiyalı biznesmen qurumun kəşfiyyat hesabatında ABŞ Federal Seçki Komissiyasının işinə mane olmaqda ittiham olunub.

Buna cavab olaraq iş adamının şirkəti “Concord” FTB-yə ünvanını verib və əvəzində mükafat tələb etmişdi. Priqojin isə ABŞ rəsmilərini “cadugər ovu”nda ittiham edib.