Kadırov Rusiyanın digər subyektlərinin rəhbərlərini ittiham etdibackend

Kadırov Rusiyanın digər subyektlərinin rəhbərlərini ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın digər subyektlərinin rəhbərlərinə Rusiyanın itkilərini şərh etmək əvəzinə xüsusi hərbi əməliyyat iştirakçılarının ailələrinə kömək etməyi tövsiyə edib.

NOCOMMENT.az xəbər verir ki, Kadırov “Telegram-kanal”ında bildirib ki, region rəhbərlərinin xüsusi əməliyyat zamanı həlak olanlar haqqında niyə ən xırda təfərrüatlarla yazdığını anlamır.

O əlavə edib ki, xüsusi əməliyyat zamanı çeçenlər də həlak olur, lakin Çeçenistan hakimiyyəti hər yerdə bu barədə danışmaq əvəzinə ailələrə lazım olan hər şeylə kömək edir.

Çeçenistan rəhbəri qeyd edib ki, respublikanın hakimiyyət orqanları digər məsələlərlə yanaşı, həlak olan döyüşçülərin hər biri üçün 1 milyon, yaralananlar üçün isə 500 min rubl ödəyirlər.
Publika.az