Kadırov ukraynalı döyüşçülərə qarşı daha qəddar olmağa ÇAĞIRDIbackend

Kadırov ukraynalı döyüşçülərə qarşı daha qəddar olmağa ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukrayna qüvvələrinin yeni bölgələri atəşə tutmasına zəif cavab verir.

NOCOMMENT.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

O, daha sərt tədbirlər görməyə çağırıb və həmçinin vurğulayıb ki, hazırda Rusiya Federasiyası ərazisində hərbi əməliyyatlar gedir. Kadırov bunu deyərkən Ukraynaın Rusiyaya ilhaq edilən Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini nəzərdə tutub.

“Biz zəif cavab veririk. Elə sərt cavab tədbirləri görməliyik ki, onlar bizim istiqamətdə atəş açmağı ağıllarına belə gətirə bilməsinlər”, – deyə Kadırov özünün Telegram kanalında yazıb.

Bununla yanaşı, Kadırov Rusiya üçün vəziyyətin daha pis olacağını gözləmir.

“Avropanın bizimlə döyüşə göndəriləcək gücü yoxdur? Mən söz verirəm… nə qədər çox olsalar da, ora nə qədər adam göndərsələr də, onları məhv edəcəyik”, – Ramzan Kadırov əlavə edib.

Kadırov Ukraynadakı döyüşləri “xristianların və müsəlmanların satanizmə qarşı müharibəsi” adlandırıb və Rusiyaya qarşı döyüşənləri qeyri-ənənəvi nikah formalarının tərəfdarları ilə müqayisə edərək, bütün qafqazlıları bu döyüşdə iştirak etməyə çağırıb.

“Nə, bir-birinizlə evlənmək istəyirsiniz?” – deyə Çeçenistan rəhbəri Rusiyaya qarşı döyüşənləri LGBT tərəfdarları adlandırıb.