Kadırovu tənqid edən bloger öldürüldübackend

Kadırovu tənqid edən bloger öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan hökumətini tənqid etməsi ilə tanınan bloger Tumso Abdurahmanov İsveçdə qətlə yetirilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çeçenistanın müxalif “1ADAT” teleqram kanalı yayıb.

Məlumata görə, çeçen bloger dekabrın 2-də gecə saatlarında bir qrup şəxs tərəfindən güllələnib. Bununla belə, hadisənin detalları açıqlanmayıb.

Bildirilir ki, ölkənin xüsusi xidmət orqanları Tumso Abdurahmanovun qardaşını təhlükəsizlik baxımından gizlədib.

Blogerin qətlə yetirilməsindən bir gün əvvəl itdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, Abdurahmanov Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə mübahisə yaşadıqdan sonra 2015-ci ildə Rusiyanı tərk edib. O, bundan sonra İsveçdə siyasi mühacir statusu alıb. Çeçenistanda blogeri “İŞİD”lə əlaqədə olmaqda ittiham ediblər. 2020 və 2021-ci illərdə Tumso Abdurahmanov və onun qardaşı Məhəmmədə qarşı sui-qəsd cəhdləri olmuşdu.