Kadırovun narkotik istifadəsi ilə bağlı problemləri var – İDDİAbackend

Kadırovun narkotik istifadəsi ilə bağlı problemləri var – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistan rəhbəri narkotiklərdən həm dopinq, həm də ağrıkəsici kimi istifadə etməyə başlayıb, . Bununla əlaqədar olaraq, Kadırov vaxtaşırı xarici mütəxəssislər tərəfindən müalicə olunur. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun artıq həddindən artıq narkotik istifadəsi səbəbindən səhhətində problem var.

NOCOMMENT.az bildirir ki, bu iddianı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov jurnalistə müsahibəsində deyib.

Ukrayna kəşfiyyatının rəhbərinin sözlərinə görə, Ramzan Kadırov vaxtaşırı Rusiya Federasiyası ərazisində xarici mütəxəssislərin cəlb edilməsi ilə müalicə olunur.
Budanov onu da qeyd edib ki, indiki rejim nisbətən güclü olduğu müddətdə Kadırov Rusiya prezidenti Vladimir Putinə sadiqliyini nümayiş etdirəcək.

“Vəziyyət bir az nəzarətdən çıxsa, Kadırov da nəzarətdən çıxacaq. Onun başqa variantı yoxdur”- deyə Budanov bildirib.

Xatırladaq ki, martın 3-də Almaniyanın “Bild” nəşri Ramzan Kadırovun səhhətində ciddi problemlər olduğunu yazmışdı. Jurnalistlərin məlumatına görə, Əbu-Dabidəki məşhur Burjil multidissiplinar xəstəxanasının nefrologiya şöbəsinin həkimi Çeçenistan liderini görmək üçün BƏƏ-dən Qroznıya uçub.

Hərbi ekspert Oleq Jdanov martın 12-də Ramzan Kadırovun Federal Kəşfiyyat tərəfindən zəhərlənmə ehtimalı olduğunu bildirib. Buna görə o, Almaniya paytaxtında qeyri-standart müalicə almağa məcbur olduğunu irəli sürüb. Ekspertin sözlərinə görə, məlumat dəqiq olmasa da, bütün faktlar bunu sübut edir.

Mart ayında isə Ramzan Kadırov səhhətində yaranan problemlərlə bağlı şayiələrə münasibət bildirərək, tamamilə sağlam olduğunu deyib. Şaiyələrə görə Çeçenistan rəhbərinin səhhətindəki problemlərə görə, barmağına müəmmalı cihaz qoşulub. Kadırov isə barmağındakı sirli cihazın dua oxumaq üçün elektron sayğac olduğunu və dərmanla heç bir əlaqəsi olmadığını bildirib.
Sfera.az