Kafe işçisinə qarşı zorakılıqbackend

Kafe işçisinə qarşı zorakılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Vaşinqton ştatında çayxanaya maşını ilə gələn şəxs pəncərədən pul verən kafe işçisini qaçırmağa cəhd edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunarkən, təcavüzkar yaxalanaraq saxlanılıb.

NOCOMMENT xəbər verir ki, ABŞ-ın Vaşinqton əyalətinin Auburn şəhərində bir qəhvəxananın təhlükəsizlik kamerasına əks olunan görüntülərdə sürücünün kafe işçisini pəncərədən qaçırmağa çalışdığı görülüb. İşçi qadın pul verərkən kişinin qadının biləyindən tutub. Qadın kişinin əlindən xilas ola bilib və pəncərəni bağlayıb. Hücum edən şəxs maşını ilə hadisə yerindən qaçıb. Bazar ertəsi baş verən hadisədən sonra polis, kimliyini müəyyən etdikləri hücumçunu çərşənbə axşamı saxlayıb.