Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? – AÇIQLAMAbackend

Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar açıq hava şəraitində fəaliyyət göstərən kafe və restoranlarda müəyyən qiymət artımı müşahidə edilib. Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına əsasən, sabahdan etibarən ölkədə qapalı kafe və restoranların da fəaliyyəti bərpa olunacaq.

Maraqlıdır, bu vəziyyət qiymətlərə nə dərəcədə təsir göstərəcək?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qiymətin yaranması alıcı ilə satıcı arasında ümumi razılıq əsasında baş verir: “Restoranların pandemiya ilə əlaqədar işləmə şərtləri artırılıb. Onların dezinfeksiya xərclərində artım olacaq. Bu səbəblə müəyyən qədər qiymət artımına gedə bilərlər. Lakin hazırkı vəziyyətdə müştəri qıtlığı da olacaq, hamı dərhal restorana gedən deyil”.

Ekspert vurğulayıb ki, rəqabətli sahə olduğu üçün qiymət artımının qarşısını almaq mümkün olacaq: “Bu sahədə yüzlərlə, minlərlə kafe və restoran fəaliyyət göstərir. Səhv etmirəmsə, təkcə Bakı şəhərində 6 min civarında kafe və restoran var. Burada mümkün deyil ki, hansısa bir formada qiymət diqtəsi olsun. İkinci bir məsələ ondan ibarətdir ki, insanların alıcılıq qabiliyyəti düşüb. Alışqanlıqlar dəyişib, çünki prioritetlər dəyişib. Əvvəllər qazanc imkanları çox olduğu üçün insanlar pul xərcləməyə daha çox meyilli idilər. İndi isə gəlirləri faktiki olaraq azdır. Hazırda ilk prioritetlərə komunnal xidmətlərin ödənişi, ərzaq, sağlamlıq məsələləridir.

Restoran və kafelər anlamalıdır ki, qiyməti çox qaldırsalar, yenidən müştəri qıtlığı ilə üzləşəcəklər. Heç nə qazanmayacaqlar, hətta əksinə itirəcəklər. Ona görə də insanların alıcılıq qabiliyyətini nəzərə almalıdırlar”.