Kafe və restoranların fəaliyyəti ilə bağlı təcili toplantı keçirilirbackend

Kafe və restoranların fəaliyyəti ilə bağlı təcili toplantı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində təcili toplantı keçirilir.

NOCOMMENT xəbər verir ki, mediapost-un əldə etdiyi məlumata görə, toplantının keçirilməsi kafe və restoranların fəaliyyəti ilə bağlıdır. Belə ki, agentlik kafe və restoranların yaxın müddətdə açılması üçün hazırlıq işlərinə başlayıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son birifinqdə çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov kafe və restoranların fəaliyyəti ilə bağlı danışıb. O bildirib ki, avqustun 17-si ərəfəsində kafe və restoranların açıq havada olan hissələrinin bərpası gündəmdədir.