Kafedə qanlı gecə: 35 yaşlı qadın bıçaqlandı – YENİLƏNİBbackend

Kafedə qanlı gecə: 35 yaşlı qadın bıçaqlandı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bacısı bıçaqlayan qardaş tutulub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində M. Nəbiyevaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 Nurlan Musayev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə ötən gün olub.

Araşdırmalar davam etdirilir

***

Şəmkirdə bıçaqlanma olub.

NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində baş verib.

Belə ki, rayonun Çinarlı qəsəbə sakini 35 yaşlı Minya Nəbiyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 35 yaşlı qadını qardaşı 20 yaşlı Nurlan Musayev aralarında baş verən şəxsi münaqişə zamanı bıçaqlayıb.

Məlumata görə, hadisəyə səbəb qadının kafedə ofisiant işləməsi olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır