Kahovka bəndinin bombalanmasına İrlandiyadan reaksiyabackend

Kahovka bəndinin bombalanmasına İrlandiyadan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyanın xarici işlər naziri Maykl Martin Ukraynadakı Kahovka bəndinin bombalanması və dağıdılmasının “müharibə cinayəti” olduğunu bəyan edərək, ölkəsinin Avropa İttifaqı (Aİ) və beynəlxalq tərəfdaşlarla birlikdə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün çalışdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, nazir Martin Tvitter hesabında Ukraynanın cənubundakı Xerson vilayətində bəndə edilən hücumla bağlı paylaşım edərkən bu sözləri qeyd edib.

İrlandiyanın məsul şəxsləri məsuliyyətə cəlb etmək üçün AB və beynəlxalq tərəfdaşları ilə birlikdə çalışdığını vurğulayan Martin, “Nə qədər uzun çəkərsə, çəksin, Ukrayna ilə həmrəyliyimizi davam etdirəcəyik” deyə açıqlama verib.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətində Rusiyanın nəzarətində olan Kaxovka bəndi və su elektrik stansiyasına bombalı hücum təşkil olunub.

NOCOMMENT.AZ