Kahramanmaraş günə zəlzələ ilə başladıbackend

Kahramanmaraş günə zəlzələ ilə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, 6 fevralda Kahramanmaraşda iki böyük zəlzələnin yaratdığı dağıntıları aradan qaldırmağa çalışır. Bölgədə yenidənqurma işləri davam edərkən, zəlzələ günündən etibarən yaşanan minlərlə artçı təkanlar üstündən 2,5 ay keçməsinə baxmayaraq vətəndaşların qorxusundan tam çıxmamasına səbəb olur. Zəlzələnin ilk həftələrində demək olar ki, bir neçə dəqiqədən bir yaşanan afterşokların intensivliyi azalsa da, bölgədə daha geniş fasilələrlə də olsa, artçı təkanlar hələ də davam edir.

NOCOMMENT xəbər verir ki, Kandilli Rəsədxanasının paylaşdığı məlumatlara görə, Kahramanmaraşda səhər saat 09.31-də 3,2 bal gücündə zəlzələ baş verib.

Bununla bağlı sonuncu artçı təkan bu gün səhər saatlarında Kahramanmaraşda baş verib. Vətəndaşlar səhər saatlarında 3,2 bal gücündə zəlzələ ilə oyanıblar.