Kahramanmaraşda ağır ziyan dəymiş 3 bina 700 kilo partlayıcı ilə dağıdılıb.
NOCOMMENT xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərin episentri olan Kahramanmaraşda böyük ziyan görən 3 11 mərtəbəli bina partlayıcılarla sökülüb. Mütəxəssis qrupu fevralın 6-da Dulkadiroğlu rayonunun Doğukent rayonunda baş verən zəlzələlərdə böyük ziyan görən 11 mərtəbəli üç binaya baxış keçirib və binaların müəyyən hissələrinə içərisində 700 kiloqram partlayıcı maddə olan 9 min kapsul yerləşdirib.
Lazımi tədbirlər görüldükdən sonra verilən əmr əsasında kapsullar partladılıb və binalar dağıdılıb.