Kahramanmaraşda yeni şəhər meydanı tikiləcəkbackend

Kahramanmaraşda yeni şəhər meydanı tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki 6 fevral zəlzələlərinin mərkəzi olan Kahramanmaraşda tikiləcək şəhər meydanı layihəsinin hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Özhaseki verdiyi yazılı açıqlamasında Kahramanmaraşın dirçəldilməsi üçün həyata keçirilən səyləri dəyərləndirib.

Özhaseki zəlzələnin episentri olan Kahramanmaraşda ehtiyat ərazilərdə qısa müddətdə təməl atdıqlarını və tikintiyə başladıqlarını bildirib.

“Kahramanmaraşda cəmi 82 min 104 yaşayış yeri və 34 min 504 ticarət sahəsi inşa edəcəyik.ilin sonuna qədər 10 min 337 yaşayış və kənd evini qanuni sahiblərinə təhvil verəcəyik. Daha sonra təbii fəlakətdən zərər çəkmiş bacı-qardaşlarımızı mərhələ-mərhələ tamamlanmış iqamətgahlarımıza yerləşdirəcəyik.”

NOCOMMENT.AZ