Kallas: “AB ilə ABŞ arasında ticarət müharibəsi başlasa, Çin yüksək səslə güləcək”backend

Kallas: “AB ilə ABŞ arasında ticarət müharibəsi başlasa, Çin yüksək səslə güləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Aİ ticarət müharibəsinə başlasa, yeganə qalib Çin olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Aİ-nin Brüssel sammitinə gələrkən deyib.

O vurğulayıb ki, ticarət müharibəsində qalib ola bilməz, ona görə də bu məsələdə diqqətli olmaq lazımdır.

“Çinə baxsanız, biz bir yerdə olmalıyıq. Mən Avropa və ABŞ-ı nəzərdə tuturam. ABŞ və Avropa Birliyi arasında ticarət müharibəsi olsa, kim güləcək? “Çin yüksək səslə güləcək”, – deyə o vurğulayıb.