Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ölkədə döyüşlərə baxmayaraq, Suriyaya qarşı sanksiyaların ləğvi prosesini dayandırmamaq barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
“Biz indi sanksiyaların ləğvi ilə bağlı planlarımızı həyata keçiririk, lakin təbii ki, biz Suriyanın yeni rəhbərliyinin hərəkətlərini yaxından izləməyə davam edirik”, – deyə o vurğulayıb.
Kallas bildirib ki, hazırda Aİ Suriyada zorakılığın qarşısını almaq istəyirsə, bu ölkə xalqına ümid verməlidir.