Kamala Harrisin seçki qərargahı 500 milyon dollar toplayıbbackend

Kamala Harrisin seçki qərargahı 500 milyon dollar toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçkiqabağı qərargahı onun prezidentlik yarışında iştirakını elan etdiyi vaxtdan bir ay ərzində təxminən 500 milyon dollar toplayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onun və yarışmadan kənarlaşan ABŞ Prezidenti Cozef Baydenin topladığı vəsaitin ümumi məbləği 1 milyard dolları ötüb, K.Harris təkcə iyul ayında 310 milyon dollar toplayıb.

Bildirilib ki, aktiv ianə yığımı avqust ayında da davam edib, bunların əhəmiyyətli bir hissəsi K.Harrisin seçkiqabağı təşviqat kampaniyası, o cümlədən bir sıra ştatlarda etdiyi çıxışlar fonunda kiçik sponsorlardan daxil olur.

Eyni zamanda, agentliyin məlumatına görə, K.Harrisin prezidentlik yarışındakı rəqibi – respublikaçı Donald Trampın seçki qərargahında ümumilikdə 327 milyon dollar vəsait var ki, bunun da 138,7 milyon dolları iyulda toplanıb.

“Reuters”, həmçinin xatırladıb ki, C.Bayden kampaniyası 2020-ci ildə 1,04 milyard dollar ianə toplayıb.