Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin dəyəri 200 min dollardan çox olan bahalı zinət əşyaları kolleksiyası var.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Belə ki, Harris 18,5 min dollar dəyərində qızıl Tiffany boyunbağının və 3 model Cartier saatının, o cümlədən 16,5 min dollara polad və qızıldan hazırlanmış Ballon Bleu modelinin sahibidir. Bundan əlavə, Daily Mail-in məlumatına görə, siyasətçinin Los-Ancelesin məşhur zərgəri İren Noyvirtdən bir neçə eksklüziv mirvari zinət əşyaları var.
Materialın müəllifləri xüsusilə vurğuladılar ki, bütün amerikalı qadınların Demokrat namizədi kimi zərgərlik kolleksiyası almağa imkanı yoxdur.