Rusiyanın Kamçatka bölgəsində güclü qar fırtınası səbəbilə fövqəladə vəziyyət elan edilib. Qarın qalınlığı 3 metri keçib.
NOCOMMENT.az xəbər verir ki, həm yerli, həm xarici sosial media platformalarında Kamçatka bölgəsindən olduğu iddia edilən görüntülər paylaşılıb.
İddiada yer alan görüntülər ilk dəfə “ibotoved” adlı Threads istifadəçisi tərəfindən paylaşılıb.
Paylaşıma komment yazan istifadəçilərdən birinə paylaşım sahibi görüntülərin süni intellekt vasitəsilə hazırlandığını bildirib.
Süni intellekt aşkar etmə platforması olan Hive Moderation nəticəsinə görə də görüntü 98.5% süni intellekt məhsuludur.














