KoronaVirus İnformasiya Portalı
Kamil Zeynallı evini satışa çıxardı – SƏBƏBbackend

Kamil Zeynallı evini satışa çıxardı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdmançı Kamil Zeynallının evini satması ilə bağlı xəbərlər yayılıb.

“Onun Mərkəzi Neftçilər Xəstəxanasının yaxınlığında yerləşən üçotaqlı evini 200 min manata satışa çıxardığı bildirilir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı açqlama verən K.Zeynallı evin özünün yox, anasının olduğunu deyib:

“Bəlkə də bu çox adama maraqlıdır. Son günlər yayılan söz-söhbətlər, xəbərlərdən sonra ev satmaq söhbətinin də üst-üstə düşməyini insanlar nə iləsə əlaqələndirirlər. Mən o evi 7-8 ay bundan qabaq çəkiliş edərək satışa çıxarmışdım. O ev mənim anamın evidir. Oranı satıb Nərimanov ərazisindən yeni ev almağı düşünürük. Düzdür, anam uzun müddətdir o evdə yaşayır, amma o ev avtobus dayanacağına, metroya bir az uzaqdır deyə satmaq istəyirik. Həmin ev Leyla Şıxlinskaya klinikasının arxasında yerləşir. Evimizi satmağımızın digər söhbətlərlə heç bir əlaqəsi yoxdur, hamı düşünür ki, görəsən Kamil o evi neylədi, niyə satır, nə məsələdir? İstəyirəm ki, anamı Nərimanova, metroya, həm də öz işimə yaxın yerə gətirim”.

Qeyd edək ki, həyat yoldaşı Gülay Zeynallıdan boşanma xəbərləri ilə gündəmdə olan idmançı bu evdə anası və qızı ilə birgə yaşayırdı.
Yenisabah.az