Aktyor Kamran Ağabalayev Azərbaycan Televiziyasındakı işindən ayrılıb.
NOCOMMENT xəbər verir ki, mediapost-un əldə etdiyi məlumata görə, o, ötən gündən etibarən kanalla yollarını ayırıb.
Qeyd edək ki, sənətçi “Ağ və qara” verilişinin aparıcısı idi. K.Ağabalayev ötən ilin yazından AzTV-də çalışırdı. O, eyni zamanda kanalın “Evdə qal” və digər sənədli layihələrində də yer almışdı.