Kamran Əliyev tibb müəssisələrindəki qanunsuzluqlardan danışdıbackend

Kamran Əliyev tibb müəssisələrindəki qanunsuzluqlardan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus infeksiyası ilə bağlı klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək: “Bu, ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə öz üzərlərinə düşən bütün vəzifələri yerinə yetirəcək”.