Kamran Əliyev tutduğu vəzifədən azad edildibackend

Kamran Əliyev tutduğu vəzifədən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

NOCOMMENT.az xəbər verir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.