Baş nazir Mark Karni deyib ki, Kanada qlobal lider kimi ABŞ-ı əvəz etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini The New York Times yazır.
“Əgər Birləşmiş Ştatlar artıq lider olmaq istəmirsə, Kanada lider olacaq”, – siyasətçi qeyd edib.
Karniyə görə, ABŞ-ın qlobal iqtisadi liderlik bayrağını daşıdığı, etimad və qarşılıqlı hörmətə əsaslanan ittifaqlar qurduğu, mal və xidmətlərin azad və açıq mübadiləsini müdafiə etdiyi 80 illik dövr başa çatıb. “Və bu faciə olsa da, həm də yeni bir reallıqdır” dedi.
Bundan əvvəl Kanadanın baş naziri ABŞ-la əvvəlki münasibətlər dövrünün başa çatdığını və Amerika tərəfinin proteksionizmi ilə əlaqədar Ottavanın iqtisadi siyasəti kökündən dəyişmək niyyətini açıqlamışdı.