Kanadanın yeni baş naziri Mark Karni ABŞ ilə ticarət qarşıdurması fonunda Fransa ilə münasibətləri gücləndirmək arzusunda olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Kanada üçün Fransa kimi etibarlı müttəfiqlərimizlə əlaqələri gücləndirmək həmişəkindən daha vacibdir. Biz öz təhlükəsizliyimizi, müttəfiqlərimizin və bütün dünyanın təhlükəsizliyini təmin etmək üçün ölkələrimiz arasında əməkdaşlığı gücləndirməliyik”, – deyə o vurğulayıb.