Kanada aeroportlarında təhlükəsizlik tədbiribackend

Kanada aeroportlarında təhlükəsizlik tədbiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın ən böyük altı aeroportu — Ottava, Monreal, Edmonton, Vinnipeq, Kalqari və Vankuver— minalanma ilə bağlı təhdidlər səbəbindən uçuşları müvəqqəti dayandırıb. Bu səbəbdən hava gəmilərinin qalxışına qadağa qoyulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Nav Canada aeronaviqasiya xidməti məlumat verib.

“Bütün işçilər təhlükəsizdir və biz bütün lazımi tədbirləri görmüşük”, – Xidmətin bəyanatında bildirilir.

Hazırda aeroportların fəaliyyəti tədricən bərpa olunur, lakin sərnişinlər uçuşların gecikməsi ehtimalını nəzərə alaraq uçuşları barədə əlavə məlumat almağa çağırılır.