Kanada iyulun 1-dən etibarən Avropanın yenidən silahlanması planına qoşulmağa hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə СВС telekanalına ölkənin Baş naziri Mark Karni məlumat verib.
“Biz bu istiqamətdə böyük irəliləyiş əldə etdik, ona görə də Kanada Gününə qədər konkret bir şey görmək istərdik”, – deyə o vurğulayıb.
Martın 19-da Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Daha sonra bir sıra Aİ ölkələrinin etirazlarına görə sənəd daha az aqressiv olan “Hazırlıq 2030” başlığına dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Vəsaitlərin əsas hissəsinin Avropa dövlətlərinin büdcələrindən (təxminən 650 milyard avro) alınması təklif edilir, daha 150 milyard avronun kreditlər şəklində istifadəsi planlaşdırılır, AK isə Aİ ölkələri üçün büdcə güzəştləri vermək, habelə regional inkişaf üçün nəzərdə tutulmuş vəsaitləri hərbi xərclərə yönəltmək niyyətindədir. Bundan əlavə, “Hazırlıq 2030” Aİ ölkələrinin müdafiə xərclərinin ÜDM-in 1,5%-i qədər artacağını nəzərdə tutur.