Kanada Fələstini dövlət kimi tanıyacaqbackend

Kanada Fələstini dövlət kimi tanıyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Qəzzada sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini bir dövlət kimi tanıyacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni deyib.

“2025-ci ilin sentyabrında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyasında Fələstin dövlətini tanımağı planlaşdırırıq. Bunu etmək niyyətindəyik. Çünki Fələstin Administrasiyası çoxdan ehtiyac duyulan islahatlara rəhbərlik etməyi öhdəsinə götürüb”, – Karni deyib.

On minlərlə fələstinlinin İsrail tərəfindən öldürüldüyünü və minlərlə fələstinlinin qıtlıq astanasında olduğunu bildirən Karni, Kanadanın İsrail hökumətinin Qəzzada vəziyyəti gərginləşdirməsini pislədiyini bildirib.