Kanada məşhur müğənniyə sanksiya tətbiq etdibackend

Kanada məşhur müğənniyə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hökuməti müğənni Jasmine qarşı sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən müvafiq sənəddə məlumat verilib.

Sənədə görə, Xarici İşlər Naziri Mélanie Joly, “Kanada Rusiya üçün xüsusi iqtisadi tədbirlər müddəasına uyğun olaraq doqquz fiziki və altı quruma qarşı yeni sanksiyalar tətbiq etdiyini” açıqladı .

Jasmine ilə yanaşı, sanksiyalar siyahısına aşağıdakılar daxildir:

  • Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri İqor İvanov;
  • Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi direktoru Aleksandr Çubaryan;
  • Müdafiə nazirinin müşaviri Andrey İlnitski;
  • Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini, Valday Klubunun eksperti Dmitri Suslov;
  • Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin beynəlxalq əlaqələr fakültəsinin dekanı Andrey Suşentsov;
  • Valday Klubunun proqram direktoru Oleq Barabanov;
  • MDBMİ-nin dosenti İvan Timofeyev;
  • Moskva Dövlət Universitetinin dosenti Aleksandr Konkov.