Kanada miqrantların sayını azaldırbackend

Kanada miqrantların sayını azaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada bir neçə ildən sonra ilk dəfə olaraq ölkədə yeni daimi yaşayış icazələrinin sayı üçün kvotanı azaltmaq qərarına gəlib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanada İmmiqrasiya, Vətəndaşlıq və Qaçqınlar Nazirliyinin təqdim etdiyi yenilənmiş üç illik miqrasiya planı sübut edir.

Yenilənmiş plana əsasən, 2025-ci ildə Kanada əvvəllər nəzərdə tutulduğundan 21% az yeni daimi yaşayış icazəsi verəcək, 2026-cı ildə isə azalma 24%-ə çatacaq.

“Planın 2025 və 2026-cı illərdə əhalinin 0,2% azalmasına gətirib çıxaracağı gözlənilir, lakin 2027-ci ildə əhalinin artımı 0,8% səviyyəsində bərpa olunacaq”, – KİV-lərdən biri yazıb.