Kanada parlamenti “İranlılar üçün Kollektiv Ədalət” qrupunun təqdim etdiyi “Tumac” qanun layihəsini yekdilliklə təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, “Tumac” planına əsasən, Kanadanın sanksiya siyahısına İranın Məhkəmə Sisteminin 31 hakimi, prokuroru və müstəntiqi daxildir.
Xatırladaq ki, Kanada parlamentinin adıçəkilən qanun layihəsi aprelin 24-də İsfahan Məhkəməsinin etirazçı reper Tumac Salehi barədə edam hökmü çıxarmasından sonra təqdim edilib.