NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanada rusiyalı iş adamı Oleq Boykoya qarşı sanksiyaları rəsmən ləğv edib. Bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytındakı nəşrdə təqdim olunub.
“Rusiyaya qarşı xüsusi iqtisadi tədbirlər haqqında sənədin 1-ci Siyahısının 1-ci hissəsinin 731-ci bəndi ləğv edilib”, – sənəddə deyilir.
Kanada Xarici İşlər Nazirliyinin saytında yer alan siyahıya əsasən, Kanada sanksiya siyahısında fiziki şəxslərin 731-ci bəndində “28 sentyabr 1964-cü il təvəllüdlü Oleq Viktoroviç Boyko” yer alır.
Dəyişikliklər Kanadanın Xarici İşlər Nazirinin tövsiyəsi ilə edilib.