Kanada SEPAH-ı terror qruplaşması elan edibbackend

Kanada SEPAH-ı terror qruplaşması elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanıyıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Kanadanın ictimai təhlükəsizlik naziri Dominik LeBlan, ədliyyə naziri Arif Virani və xarici işlər naziri Melani Colinin də qatıldığı mətbuat konfransında Kanadanın İran SEPAH-ı terror təşkilatı kimi tanıdığını rəsmən elan edib.

“Hökumətimiz Cinayət Məcəlləsinə əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilatlar siyahısına salınması barədə qərar qəbul edib”, – deyə Dominik LeBlan mətbuat konfransında bildirib.

Bu təşkilatın Kanadada vəsait toplamaq və ya əmlaka sahib olmaq qabiliyyətinə təsir edəcək eyni zamanda təşkilatda xidmət etmiş şəxslərin ölkəyə girişini məhdudlaşdıracaq.