Kanada hakimiyyəti Yaxın Şərqdə artan gərginlik səbəbindən gözlənilməz təhlükəsizlik vəziyyəti fonunda öz vətəndaşlarını İsrailə getməməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.
“Davam edən regional silahlı münaqişə və gözlənilməz təhlükəsizlik vəziyyəti səbəbindən İsrailə bütün səfərlərdən çəkinin”, – bəyanatda deyilir.
Bir çox aviaşirkətlər İsrail və Livana uçuşları müvəqqəti olaraq dayandırmaq qərarına gəliblər və bəzi ölkələr bölgədə vəziyyətin gərginləşməsi fonunda vətəndaşlarına bu dövlətlərə səyahət etməmək barədə xəbərdarlıq ediblər.