Çinin Sincan-Uyğur Muxtar Bölgəsi və Tibet Muxtar Bölgəsində iştirak edən Kanada vətəndaşlarına və qurumlarına qarşı sanksiyaları əsassızdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Departament qeyd edib ki, dekabrın 22-də Çin hökuməti “heç bir əsas olmadan” Kanadanın iki ictimai təşkilatına və iyirmi hüquq müdafiəçisinə qarşı sanksiya tətbiq edib.
Bununla əlaqədar Kanada Xarici İşlər Nazirliyi Kanada Tibet Komitəsinin və Uyğur Hüquqları Layihəsinin üzvləri ilə həmrəy olduğunu bildirib və Pekinin onları insan haqlarının müdafiəsi naminə çıxışlarına görə cəzalandırmaq qərarını pisləyib.
Bəyanatda vurğulanır ki, Kanada hökuməti öz vətəndaşlarına siyasi baxışlarına görə və ya müxalif fikirləri susdurmaq məqsədilə onlara qarşı hər hansı təhdid, zorakılıq və ya təzyiqlərə dözməyəcək.
Kanada Xarici İşlər Nazirliyi Çini beynəlxalq hüquqi öhdəliklərinə əməl etməyə çağırıb.