Kanada yanğınları söndürmək üçün hərbçiləri cəlb edirbackend

Kanada yanğınları söndürmək üçün hərbçiləri cəlb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Britaniya Kolumbiyasında tüğyan edən yanğınlarla mübarizə üçün hərbçi cəlb edir.

NOCOMMENT.az xəbər verir ki, yanğınların ən azı üçdə biri böyük Vankuver şəhərində və Kanadanın ən ikonik mənzərələrini özündə birləşdirən Britaniya Kolumbiyasında baş verib.

Kanada Baş naziri Justin Trudeau “Bu, qeyri-adi dərəcədə ciddi bir vəziyyətdir”, – deyib və əlavə edib ki, əsgərlər evakuasiya və digər maddi-texniki missiyalara kömək edəcəklər.

Trudeau həmçinin Britaniya Kolumbiyasının federal yardım tələbinin təsdiqləndiyini bildirib.

“Hansı dəstəyə ehtiyac duyulursa, biz burada olmağa davam edəcəyik”, – o sosial media hesabında yazıb. 

Qeyd edək ki, yanğınla bağlı 35 mindən çox insan təxliyə edilib.